İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Trampın “bəli” deməyinə imkan verməmək üçün görün nə edir

ABŞ prezidenti Co Baydenin administrasiyası yeni seçilmiş prezident Donald Trampın yeni LNG ixrac terminallarının tikintisinə icazə verilməsinə qoyulmuş moratoriumun dərhal ləğvini çətinləşdirə biləcək araşdırmanı başa çatdırmağa tələsir.

Musavat.com xəbər verir ki, bunu "Bloomberg" məlumatlı mənbələrə istinadən yayıb.

Mənbələrin bildirdiyinə görə, ABŞ Energetika Nazirliyi araşdırmanı noyabrda başa çatdırmağa çalışır və bu məqsəd prezident seçkilərinin nəticələrindən əvvəl qarşıya qoyulub.

Yanvar ayında başlayan araşdırma ABŞ-da artan LNG ixracının iqlim, iqtisadi və milli təhlükəsizliyə potensial təsirlərini qiymətləndirir. Bayden administrasiyası yeni LNG ixrac lisenziyalarının verilməsini dayandırıb. Seçki kampaniyası zamanı Tramp Ağ Evə qayıdışının ilk günündə bu moratoriumun ləğvinə söz verib.

Tədqiqat çərçivəsində mənfi təsirlərin müəyyən edilməsi çox güman ki, yeni layihələrin başlanmasını ləngidəcək. Tramp administrasiyası onun tapıntılarına məhəl qoymasa da, layihə operatorları və investorlar qeyri-müəyyənlik və hüquqi çətinliklərlə üzləşəcəklər.

“Əgər Tramp birinci gün “bəli” demək istəsə və araşdırma “bəli”nin ictimai maraqlara uyğun olmadığını göstərsə, yeni lisenziyaların təsdiqlənməsi hüquqi problemlər yarada bilər”, - ClearView Energy Partners məsləhət şirkətinin idarəedici direktoru Kevin Book deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR