İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Şərqi Qüdsdəki Fələstin hospitalına 100 milyon dollar ayırıb

ABŞ prezidenti Cozef Bayden İsrailə səfərini başa vuraraq Səudiyyə Ərəbistanına yola düşməzdən əvvəl Şərqi Qüdsdəki Fələstin hospitalına gəlib.

AZƏRTAC “The Jerusalem Post” qəzetinə istinadla xəbər verir ki, burada çıxış edən Ağ evin başçısı hospitala 100 milyon dollar vəsait ayırdığını bildirib. “Mən fələstinliləri müalicə edən bu sağlıq ocağına yardım etməkdən məmnunam”, - deyən Cozef Bayden qeyd edib ki, burada Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla görüşəcəyini diqqətə çatdırıb.

Hospitalın rəhbəri Fadi Atraş fələstinlilərə dəstəyinə görə ABŞ Prezidentinə təşəkkür edib, onun bu addımını “fədakarlıq nümunəsi” adlandırıb.

ABŞ prezidenti İsraildə keçirdiyi görüşlərdə də Vaşinqtonun Fələstin probleminin həllində “iki dövlət” prinsipini dəstəklədiyini deyib. O, həmçinin Səudiyyə Ərəbistanına səfəri ərəfəsində krallığın hava məkanını bütün aviaşirkətlər, o cümlədən İsrail təyyarələri üçün açmasını da yüksək qiymətləndirib. Cozef Baydenin səfəri zamanı ərəb ölkələri ilə İsraili yaxınlaşdıracaq daha bir xəbər yayılıb. Belə ki, iyulun 28-də İordaniya İsrail ilə quru sərhədlərini də açmağı nəzərdə tutur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR