İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden seçki ərəfəsində İranla münaqişədən çəkinir

ABŞ prezidenti Co Baydenin administrasiyası şiə “Ənsarallah” hərəkatının (husilər) Qırmızı dənizdə ticarət gəmilərinə hücumları fonunda İranla münaqişənin genişlənməsindən qorxur; münaqişənin genişlənməsi 2024-cü il seçkiləri ərəfəsində ABŞ seçiciləri arasında qeyri-populyar ola bilər. 

Musavat.com xəbər verir ki, bu barədə The Wall Street Journal yazır.

“Cənab Baydenin əsas prioriteti İran və ya onun etibarlı şəxsləri ilə gərginliyin qarşısını almaqdır. Ağ Evin bunu hər gün ona pıçıldayır və Bayden seçki ilində populyar olmayan daha böyük bir münaqişəyə cəlb olunmaqdan qorxur".

Oktyabr ayından bəri husilər də daxil olmaqla İranın müxtəlif əlaltılarının Yaxın Şərqdəki ABŞ qüvvələrinə təxminən 100 dəfə hücum etdiyi vurğulanır.

Bundan əvvəl Qırmızı dənizin cənub hissəsində Amerika hərbi gəmiləri və təyyarələrinin husilərin atdığı 10-dan çox pilotsuz təyyarə və bir neçə qanadlı raketi uğurla vurduğu bildirilirdi.

ABŞ gəmiçiliyi husilərin hücumlarından qorumaq üçün Bəhreyn də daxil olmaqla 10 başqa ölkə ilə birlikdə Qırmızı dənizdə əməliyyat elan edib. Husilər cavab olaraq bildiriblər ki, ABŞ-ın Qırmızı dənizdə hərbiləşdirilməsi regionda gəmiçilik üçün təhlükə yaradır və İsrail gəmilərinin təhlükəsizliyini təmin edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR