Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Co Bayden Ukrayna üzrə Rusiya ilə potensial danışıqlarda Qərb ölkələrinin mövqeyini gücləndirmək üçün Avropa İttifaqını Rusiya Federasiyası Mərkəzi Bankının dondurulmuş aktivlərinə həbs qoymağa inandırmaq niyyətindədir.
Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Kanalın həmsöhbətlərinin qeyd etdiyi kimi, yeni administrasiya gələnə qədər Rusiyanın aktivlərinin müsadirə edilməsi ideyası Bayden komandasının üzvləri və Trampın müşavirləri tərəfindən artıq müzakirə olunub. Yeni administrasiya da bu ideyanı dəstəkləyir, çünki bu, Moskva ilə danışıqlarda əlavə təsir imkanları verəcək.
Lakin CNN-in məlumatına görə, belə bir qərarın qəbul edilməsində məsul olan Aİ ölkələrinin rəhbərliyi buna şübhə ilə yanaşır. Avropalılara görə, bu, Avropa bank sisteminin böyük nüfuzuna ziyan vurmaq riski daşıyır və beynəlxalq özəl hüquq normalarının pozulması deməkdir.
Qeyd edək ki, Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub. Bunun 5-6 milyard dolları ABŞ-da, əksəriyyəti isə Avropada, o cümlədən Belçikadakı beynəlxalq "Euroclear" platformasında (120 milyard dollar) saxlanılır.
Musavat.com
15 Yanvar 2025
14 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ