İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden rusiyalı gənclərin ölkədən qaçmasından DANIŞDI: "Orada gələcək görmürlər"

Xəbər verildiyimiz kimi, ABŞ prezidenti Co Bayden Ukraynaya sürpriz səfərə gəlib.

Musavat.com xarici agentliklərə istinadən Baydenin mətbuat konfransında səsləndirdiyi əsas tezisləri təqdim edir.

“Biz Ukraynaya, kömək etmək üçün dünyanın aparıcı iqtisadiyyatlarını birləşdirdik. Biz artilleriya, döyüş sursatı, nəqliyyat vasitələri, hava hücumundan müdafiə sistemləri və yeni HIMARS sistemləri təqdim edəcəyik. Bu həftə biz Rusiya elitasına və Rusiyaya müharibədə kömək edən şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edəcəyik.

Rusiya Ukraynanı xəritədən silmək istəyirdi, lakin onun planları baş tutmadı, onlar artıq işğal etdikləri torpaqların yarısını itiriblər, gənc və istedadlı ruslar isə ölkələrində gələcək görmədikləri üçün ölkədən qaçırlar. Rusiya iqtisadiyyatı çox zəifləyib və daha da geriyə gedir.

Putin Ukraynanın zəif olduğunu, müttəfiqlərimizin parçalandığını düşünürdü. Səhv etdi.Ukrayna iqtisadiyyatına böyük ziyan dəyib, ölkəyə büdcə yardımı şəklində “milyardlarla” vəsait ayrılacaq. Siz (Zelenski) və bütün ukraynalılar bizə hər gün cəsarətin nə olduğunu, azadlığın necə böyük dəyər olduğunu xatırladırsınız. Nə qədər ehtiyacınız varsa, biz sizinlə olacağıq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR