İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden: Qərbin Rusiyaya hücum niyyəti olmayıb

Qərb dövlətləri Rusiyaya hücum etməyi planlaşdırmayıb, onun üzərində nəzarəti bərqərar etməyə və ya məhv etməyə çalışmır.

APA-nın xəbərinə görə, bunu çərşənbə axşamı Varşavada çıxış edən ABŞ prezidenti Co Bayden deyib.

“Mən bir daha rus xalqına müraciət edirəm. ABŞ və Avropa ölkələri Rusiya üzərində nəzarəti bərqərar etməyə və ya onu məhv etməyə çalışmır. Qərb Rusiyaya hücum etməyi planlaşdırmırmayıb”, - Bayden bildirib.

“Qonşuları ilə sülh şəraitində yaşamaq istəyən milyonlarla Rusiya vətəndaşı [bizim] düşmənimiz deyil”, - Amerika lideri vurğulayıb.

Bayden Ukraynadakı hazırkı vəziyyəti faciə adlandırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR