İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Putinlə bu halda danışacaq - Özü AÇIQLADI

"Putin müharibəni bitirmək yolunu tutmaq qərarına gələrsə, onunla danışmağa hazıram. Ancaq o, belə bir yolda deyil. Əgər belə olarsa, mən fransız və NATO dostlarımla əlaqə saxlayacağam və Putinlə oturub onun nə düşündüyünü görəcəyəm".

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Fransa lideri Emmanuel Makronla Ağ Evdə keçirilmiş mətbuat konfransı zamanı deyib.

O bildirib ki, müharibəyə son qoymağın yeganə rasional yolu Vladimir Putinin qoşunlarını Ukraynadan çəkməsidir:

"Putin bu yolu seçməməklə ağır bədəl ödəyir. Bu, həm də Ukraynada böyük dağıntılara səbəb olur".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR