Onlayn ictimai-siyasi qəzet
Bayden Priqojinin ölümündən danışdı
ABŞ Prezidenti Co Bayden avqustun 23-də Rusiyanın Tver vilayətində baş vermiş təyyarə qəzasına münasibət bildirib.
Musavat.com CNN-ə istinadən xəbər verir ki, 80 yaşlı siyasətçi qeyd edib ki, baş verən faciə onu təəccübləndirməyib.
“Lakin mən hələ nəyin baş verdiyini dəqiq bilmirəm”, - C.Bayden fikrinin davamında söyləyib.
ABŞ prezidenti həmçinin əlavə edib ki, qəzanın səbəbləri ilə bağlı sualın cavabını bilmək üçün kifayət qədər məlumata sahib deyil.
Xatırladaq ki, avqustun 23-də Rusiyanın Tver vilayətində “Vaqner”in rəhbəri Yevgeni Priqojinə məxsus təyyarə qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarədəki sərnişinlər arasında Yevgeni Priqojin də olub. O, qəzada həyatını itirib.
Musavat.com
15 May 2025
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ