Onlayn ictimai-siyasi qəzet
Ölkəyə rəhbərlik qabiliyyəti ilə bağlı davamlı suallarla üzləşən ABŞ prezidenti Co Bayden hakimiyyəti təhvil verməyə hazır olduğunu bildirib.
Musavat.com xəbər verir ki, “Business Standard”ın məlumatına görə, əgər Bayden seçkilərdə qalib gəlsə, lakin səhhətinə görə ikinci müddəti başa vura bilməsə, dövlət başçısı vəzifəsini vitse-prezident Kamala Harris icra edə bilər. Lakin o, belə bir ssenarinin reallaşacağına ehtimal vermir.
Bayden bildirin ki, o, bu addımı o vaxt atrdı ki, ona hansısa bir xəstəliyi olduğunu söyləsinlər. Prezident belə bir şey olmadığını deyib və ona yaşı ilə bağlı irad tutmağın düzgün olmadığını deyib.
“Mən Trampdan cəmi üç yaş böyüyəm. Düşünürəm ki, mən ondan daha yaxşı fiziki formadayam", - Bayden deyib.
O, yenidən prezident seçilsə, ikinci müddətinin sonuna kimi 86 yaşı tamam olacaq.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ