İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden polisin maliyyələşdirilməsini artırmağı vəd edib

ABŞ Prezidenti Co Bayden avqustun 30-da Pensilvaniya ştatında “Daha təhlükəsiz Amerika” adlı geniş nitqlə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Ağ Evin başçısı polisin maliyyələşdirilməsinin artırılmasına, cinayətkarlığın qarşısının alınması üzrə tədbirlərin genişləndirilməsinə, opioidlərin yayılmasına qarşı mübarizənin gücləndirilməsinə və həmlə silahına qadağa qoyulmasına istiqamətlənən “Təhlükəsiz Amerika” planını irəli çəkir.

Uilks-Barre şəhərində yerləşən Uilks Universitetində çıxışı zamanı “Mən bu planı “Daha təhlükəsiz Amerika” adlandırıram”, - deyən Bayden polisin maliyyələşdirilməsini artırmağı vəd edib. Bayden çıxışından sonra Vaşinqtona qayıdıb. O, çərşənbə axşamı tərəfdarları qarşısında çıxış etmək üçün Filadelfiyaya yollanacaq, çıxışın əsas mövzusu seçkiqabağı verilən vədə – “millətin rifahı uğrunda mübarizə aparmağa” əməl etməkdir. Universitetdəki nitqində Bayden özünün “Amerikanın xilası planı”nı müzakirə edib. Bu plana əsasən, şəhərlərin və kənd icmalarının təhlükəsizliyinin daha yaxşı təminatı üçün ştatların hökumətinə və yerli orqanlara 350 milyard dollar ayrılıb.

ABŞ Prezidenti deyib: “Cinayətkarlığa qarşı mübarizə planım icmalara ictimai asayişin keşiyində durmaq üçün bütün ölkə üzrə əlavə olaraq 100 mindən artıq zabitin toplanması, cəlb edilməsi və təliminə yardım edəcək”. O, həmçinin opioid epidemiyasına qarşı mübarizəyə, odlu silahın tətbiqi ilə zorakılıq hallarının azaldılması üzrə administrasiya tərəfindən görülən tədbirlərə diqqət ayırıb. “Mən bu ölkədə həmlə silahına qadağa qoymaq əzmindəyəm”, - deyə Bayden gurultulu alqışlar altında çıxışına davam edib.

Bayden administrasiyası və demokratlar amerikalıları narahat edən bir sıra məsələləri ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərindən əvvəl həll etmək niyyətindədirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR