İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden nəyə görə Ukraynada müharibənin davam etməsini istəyir

“Bayden hakimiyyətdə qalmaq üçün Ukraynada hərbi əməliyyatları davam etdirməlidir”.

Konkret.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

Dövlət Dumasının sədri üç aydan sonra ABŞ-da Konqresə seçkilər keçiriləcəyini xatırladıb. Onun fikrincə, ABŞ prezidenti Co Bayden üçün tərəfdarlarının əksəriyyətini qoruyub saxlaması son dərəcə vacibdir. Əks halda o, impiçmentə məruz qala bilər. Bu halda isə onun növbəti prezident seçkilərində namizəd kimi iştirakı çətinləşəcək.

Vyaçeslav Volodinin sözlərinə görə, Ukrayna bu seçkilərdə mühüm rol oynayır: “Onilliklər ərzində Avropada insan hüquqları sahəsində ikili standartlar hökm sürür. Hələ vitse-prezident kimi Bayden Maydanın fəal tərəfdarı idi. İndi isə Ağ Evin oval ofisini zəbt edərək, “son ukraynalıya qədər müharibə aparmaq” ideologiyasının əsasını qoyub və sülh yolu ilə nizamlanmanın qarşısını almaq üçün hər şey edir”.

“Onun başqa seçimi yoxdur. Bir vaxtlar Kiyevdəki dövlət çevrilişinə, nasist rejiminə dəstək verib. Və bu gün öz gücündən yararlanaraq bütün dünyanı silahlı qarşıdurmaya, iqtisadi böhrana sürükləyir. ABŞ-da inflyasiya son 40 ildə rekord qırır. Aİ-də qiymət artımı ən yüksək səviyyədədir” – deyə Volodin fikirlərini tamamlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR