İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Mitsotakisi yenidən Yunanıstanın baş naziri seçilməsi münasibətilə təbrik edib

ABŞ prezidenti Cozef Bayden Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisi ikinci müddətə seçilməsi münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.

“Birləşmiş Ştatların xalqı adından Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisə yenidən seçilməsi münasibətilə təbriklərimizi göndərirəm”, - Ağ Evin bəyanatında deyilir.

Bayden qeyd edib ki, Mitsotakis ilə əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyir.

"Müttəfiqlər, tərəfdaşlar və dostlar kimi Yunanıstan və Birləşmiş Ştatlar demokratiyanın tərəfdarı olublar. Biz bu irsi davam etdirmək üçün Yunanıstan hökuməti, xalqı və ABŞ-dakı fəal yunan-Amerika icması ilə işləməyə davam edəcəyik", - ABŞ lideri əlavə edib.

Son məlumatlara görə, Mitsotakis və onun Yeni Demokratiya Partiyası bazar günü səslərin təxminən 96%-ni hesablandıqdan sonra səslərin 40%-dən çoxunu qazanıb. Əsas rəqib - keçmiş baş nazir Aleksis Tsiprasın "Radikal Solların Koalisiyası" ilkin nəticələrə görə, 17%-dən çox səs toplayaraq, xeyli geridə qalıb.

Qeyd edək ki, iki ay əvvəl də Yunanıstanda seçkilər keçirilib. Həmin vaxt Mitsotakisin partiyası inamla qalib gəldi, lakin hökuməti qurmaq üçün parlamentdə kifayət qədər yer ala bilmədi. İndi Yunanıstanda yeni seçki qanunu qüvvəyə minib, ona görə qalib gələn partiya parlamentdə əlavə yerlər alır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR