İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden III Çarlzın tacqoyma mərasiminə dəvəti rədd etdi - "Axmaq" adlandırıldı

ABŞ prezidenti Co Bayden bu ilin mayın ayının 6-da Britaniya kralı III Çarlzın tacqoyma mərasiminə dəvətdən imtina edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Mirror” qəzeti yayıb.

Mənbələrin bildirdiyinə görə, ABŞ prezidentinin “dəvətdən imtina etdiyi” təəssüratı yaratmamaq üçün tədbirə nümayəndə heyəti göndərəcəyi gözlənilir.

Qərb mediası ABŞ-ın birinci xanımı Cil Baydenin ərinin əvəzinə tacqoyma mərasiminə gedə biləcəyini yazır.

Mərasimdə dünyanın müxtəlif ölkələrindən dövlət başçıları, o cümlədən Aİ-nin üç yüksək səviyyəli nümayəndəsi: Ursula fon der Leyen, Robertu Metsolu və Şarl Mişel iştirak edəcəklər.

Şotlandiyanın yeni seçilmiş birinci naziri Humza Yusaf da mərasimdə yerini alacaq.

Baydenin bu hərəkəti xüsusilə mühafizəkar ingilislərin xoşuna gəlməyib.

Məsələn, hakim Mühafizəkarlar partiyasından deputat və parlamentin Xarici əlaqələr komitəsinin üzvü Bob Sili Ağ Evin "axmaq qərar" verdiyini deyib.

“Bu, olduqca təsadüfi görünür və mən onun gəlmədiyi üçün daha böyük axmaq olduğunu söyləyə bilərəm.

Bu, ömürdə bir dəfə baş verən hadisədir və düşünmək olardı ki, o, dövlət başçısı olduğu üçün gəlməlidir. Sadəcə olaraq, axmaq qərardır”, - britaniyalı siyasətçi bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR