İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden ABŞ-ın Ukraynaya dəstəyi azaltmayacağını bildirib

"ABŞ və müttəfiqləri Rusiyanın Ukraynadakı hərəkətlərinə cavab verə biliblər".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşada səfərdə olan ABŞ Prezidenti Cozef Bayden deyib.

Bayden hesab edir ki, ötən il Vaşinqton və onun müttəfiqləri Rusiyanın Ukraynadakı hərəkətlərinə müqavimət bacarığını nümayiş etdirib.

"Bütün dünya sınaq qarşısındadır. Avropa sınaq qarşısındadır, Amerika sınaq qarşısındadır, NATO sınaq qarşısındadır. Cavab verəcəyik, yoxsa üz çevirəcəyik? Güclü, yoxsa zəif olacağıq?" - Amerika lideri bildirib.

Bayden əlavə edib ki, NATO Ukraynadakı münaqişədən parçalanmayacaq və yorulmayacaq, Vaşinqton və müttəfiqlərinin Kiyevə dəstəyi zəifləməyəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR