İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden: ABŞ-da COVID-19 ilə bağlı tətbiq olunan rejim tezliklə ləğv ediləcək

Amerika Birləşmiş Ştatları koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejiminin tezliklə ləğv edildiyini bildirəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Konqresin Nümayəndələr Palatası qarşısında və Senatında çıxışı zamanı təsdiqləyib. O deyib: “Koronavirusla bağlı ölüm halları təxminən 90 faiz azalıb. Biz milyonlarla insanın həyatını xilas etdik və ölkəni yenidən açdıq”. Bayden qeyd edib ki, səhiyyə sahəsində fövqəladə vəziyyət tezliklə ləğv ediləcək.

Ağ Evin İnzibati-büdcə idarəsinin məlumatına görə, ABŞ administrasiyası COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyətin mayın 11-də dayandırılmasının tərəfdarıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR