İnsanlara hürriyət, millətlərə istiqlal!

Baxış dəyişir: Dost ölkədən Rusiyaya gözlənilməz zərbə

Macarıstan noyabrın 25-də Rusiyanın təxminən 350 milyard forint, yəni 870 milyon avro dəyərində aktivlərini dondurub.

Teleqraf.com xəbər verir ki, bu barədə Macarıstanın “Nepszava” qəzeti məlumat yayıb.

Baxmayaraq ki, noyabr hesabatından əvvəl Budapeşt Brüsselə cəmi 3000 avronun dondurulması barədə məlumat verib.

Nəşr qeyd edib ki, 870 milyon avro hətta digər Avropa ölkələri ilə müqayisədə ciddi məbləğdir.

Son məlumata görə, Rusiyanın İtaliyada 2.3 milyard, Almaniyada 2.2 milyard, Avstriyada təxminən 1.8 milyard, Bolqarıstanda 11.3 milyon, Çexiyada 10.8 milyon və Slovakiyada 4.9 milyon avro aktivi dondurulub.

Avropa Birliyinin üzvü olan Macarıstanın Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmaması və bu ölkə ilə yaxın təmasları zaman-zaman tənqidlərə məruz qalırdı.

Macarıstan Kremlin "Rusiyanın dostları" siyahısındadır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR