İnsanlara hürriyət, millətlərə istiqlal!

“Batırılan “Moskva” kreyserində ölənlərin yaxınları təqib olunur” - Ukrayna kəşfiyyatı

“Rusiyada Ukrayna raketləri ilə vurulmuş və batırılmış “Moskva” kreyserinin rus dənizçilərinin yaxınları ilə xüsusi psixoloq, həkim və hüquqşünaslar qrupu işləyir və burada əsas məqsədi həlak olan və itkin düşmüş əsgərlərlə bağlı məlumatların sızmasının qarşısını almaqdır”.

Musavat. xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə  Ukrayna Müdafiə Nazilriyinin kəşfiyyat idarəsinə istinadla məlumat yayılıb.

Ukraynanın hərbi kəşfiyyatının məlumatına görə, həmin qrup ölənlərin yaxınlarını bu mövzu ilə bağlı heç kimlə əlaqə saxlamamalarını təkidlə tələb edir. Əks təqdirdə insanları təzminatın ödənilməməsi və cinayət təqibi ilə hədələyirlər.

Ukrayna kəşfiyyatının informasiyasına əsasən, işğal olunmuş Sevastopolda Rusiya Federasiyasının Qara dəniz donanmasının komandiri ilə həlak olan dənizçilərin yaxınları arasında keçirilən görüşdə zabitlərin binası hərbi polis tərəfindən mühafizə alınıb, komandirin özü isə xüsusi təyinatlılar qrupunun əhatəsində qorunub. Ölənlərin yaxınlarının bir hissəsi etiraz əlaməti olaraq donanma komandanlığı ilə görüşə gəlməyiblər.

Sonradan yaralı matros Gülnaz Urazayevin anasının verdiyi sorğu əsasında Rusiya Federasiyası Qara dəniz donanması prokurorluğunun verdiyi cavaba görə, “Moskva” kreyserinin daxil olduğu 84201 saylı hərbi hissənin də “xüsusi hərbi əməliyyat” iştirakçılarının siyahısına daxil edildiyi məlum olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR