İnsanlara hürriyət, millətlərə istiqlal!

“Başqa ölkələrdə onlara işlərinə görə 3-4 dəfə artıq maaş verilir”

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində çıxış edərək təkliflərini səsləndirib.

Musavat.com bildirir ki, deputat yüksək ixtisaslı kadrlara diqqət yetirilməsini zəruri sayır:

“Bjezinski “Böyük şahmat taxtası” əsərində qeyd edir ki, yaxın vaxtlarda Amerika Birləşmiş Ştatlarını heç kim iqtisadi baxımdan üstələyə bilməyəcək. Ona görə ki, ABŞ xüsusi proqram əsasında orada təhsil alan istedadlı gənclərin həmin ölkədə qalıb işləməsi üçün çox əlverişli şərait yaradır. Mən bunu ona görə xatırladım ki, ilk növbədə yüksək ixtisaslı kadrların ölkəmizi tərk etməməsi üçün çalışmalıyıq. Bəzi dövlət müəssisələrinin tanıdığım rəhbərləri ilə söhbət əsasında onlar qeyd edirlər ki, müəyyən həddən artıq maaş verə bilmirlər. Hətta qaynaqçılar belə ölkəni tərk edib gedirlər. Ona görə ki, başqa ölkələrdə onlara işlərinə görə 3-4 dəfə artıq maaş verilir”.

Qüdrət Həsənquliyev təklif edilən dəyişikliyi dəstəklədiyini söyləyib. Bununla yanaşı, əlavə edib ki, Nazirlər Kabineti də yüksək ixtisaslı sahələr hansılardırsa, onun siyahısını çap etməlidir:

“O sahədə çalışan yerli mütəxəssislərin dövlət və özəl sektorda olmasından asılı olmayaraq, onlar üçün müəyyən güzəştlər nəzərdə tutulmalıdır. Mənə müraciət edənlər bildirirlər ki, onlar da güzəştli ipotekadan istifadə edə bilsə idilər, bu, çox yaxşı olardı. Bu, böyük stimul olardı ki, həmin insanlar ölkəni tərk etməsinlər”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR