İnsanlara hürriyət, millətlərə istiqlal!

BAŞLANDI: Rusiya və Amerika Ukrayna danışıqlarına START VERDİ – Kiyevdən CANLI BAĞLANTI

Səudiyyə Ərəbistanında Rusiya və Amerika nümayəndə heyətləri arasında danışıqlar rəsmən başlayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiya Federasiyasını xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil edir.

ABŞ-ın nümayəndə heyətində isə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Vals və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff yer alıblar.

Görüşün əsasən Rusiya-Amerika münasibətlərinin bərpasına həsr olunacağı gözlənilir. Bundan əlavə, danışıqlar zamanı Ukrayna münaqişəsinin həlli məsələsi də qaldırılacaq.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Kiyevdə yaşayan polkovnik Elxan Nuriyevdir.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR