Onlayn ictimai-siyasi qəzet
Finlandiya Xarici İşlər Nazirliyi Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin ölkənin hava məkanını pozması ilə bağlı Rusiyanın Finlandiyadakı səfirliyinin müvəqqəti işlər vəkilini nazirliyə dəvət edib.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı Rusiyanın səfirliyindəki müvəqqəti işlər vəkilini bu gün izahat vermək üçün dəvət edib”, – deyə nazirliyin açıqlamasında bildirilib.
İnsidentin detalları hələlik ictimaiyyətə açıqlanmayıb. Finlandiya tərəfi məsələni araşdırdığını və hava məkanının toxunulmazlığının ciddi şəkildə qorunduğunu vurğulayıb.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasətçi Nemət Pənahlıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ