İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Azərbaycan və Türkiyədən asılı duruma düşdü: Rusiyanı yanacaq böhranından bu dövlətlər qurtara bilər

Musavat.com xəbər verir ki, Ukraynanın pilotsuz uçuş aparatları ilə ardıcıl həyata keçirdiyi zərbələr nəticəsində Rusiya neft emalı zavodlarının (NEZ) 38 faizi sıradan çıxıb ki, bu da gündəlik 338 min ton yanacaq itkisi deməkdir. Nəticədə ölkədə kəskin yanacaq qıtlığı yaranıb.

Məlumatlara görə, böhran iyulun sonlarından başlayaraq bir sıra regionlarda, xüsusilə Krımda, Sibirdə və Uzaq Şərqdə benzinin kəskin çatışmazlığına səbəb olub. Ölkədə qiymətlər kəskin artıb, lakin hökumət daxili bazarda böhranı önləməkdə çarəsiz qalıb.

Rusiya mediası yazır ki, yaranmış vəziyyət fonunda Kreml yanacaq tədarükünü təmin etmək üçün artıq xarici bazarlara üz tutmaq məcburiyyətindədir. İqtisadçı ekspertlər hesab edirlər ki, vəziyyətdən çıxış yalnız Çin, Belarus, Türkiyə və Azərbaycanın təchizat imkanları ilə mümkündür.

Musavat.com-a görə bu, Putinin yanlış siyasətinin məntiqi nəticəsidir. Ukraynaya qarşı davam etdirilən anlamsız müharibə, Qərbin sanksiyaları və daxildəki idarəçilik böhranı, əski Sovet respublikalarına, xüsusən də Azərbaycana qarşı hörmətsiz və itələyici münasibət, Kreml siyasətinin faşizmə yuvarlanması Rusiyanı "izqoy" durumuna düşürüb. İndi Putinin Lukaşenkodan qeyri səmimi müttəfiqi qalmatıb; o da istənilən an Volodyanı satmağa hazırdır. Durum o yerə çatıb ki, Rusiya ən sadə enerji məhsulu olan benzini belə xaricdən almağa məcbur qalıb...

Halbuki son aylarda Moskva Azərbaycanla münasibətlərdə açıq düşmənçilik ritorikası nümayiş etdirib, diaspor təzyiqləri, təxribatçı açıqlamalar və hərbi ritorika ilə gündəmə gəlib. İndi isə Kreml məhz Azərbaycanın və Türkiyənin imkanlarından xilas yolu axtarır. Bu, ibrətamiz bir mənzərədir: illərlə regionda hegemonluq iddiası edən Rusiya indi ayaqda qalmaq üçün həmin dövlətlərə möhtac vəziyyətə düşüb.

Musavat.com-un təhlilinə görə, Rusiyada böhran bütün vektorlar üzrə yaxın aylarda daha da dərinləşəcək. Putinin 2022-ci ildən başlayan səhv hesablamaları Rusiyanı əvvəlcə tənhalığa, indi isə açıq möhtaclığa gətirib çıxarıb. Yəni Vladimir Putinin Azərbaycana, Türkiyəyə və Türk Dövlətlərinə işi hələ çox düşəcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR