Onlayn ictimai-siyasi qəzet
Hazırda Çasov-Yar və Toretsk bölgələri demək olar ki, tamamilə ya Rusiyanın nəzarəti altındadır, ya da boz zonadadır. “AzPolitika” xəbər verir ki, bu barədə müharibəni yaxından izləyən “DeepState” monitorinq qrupu tərəfindən dərc olunan yeni hesabatda bildirilir.
Qeyd olunur ki, ruslar Ukrayna müdafiə qüvvələrinin mövqelərinə təzyiq göstərməkdə davam edir və tədricən cəbhə boyu irəliləyirlər. Məlumata görə, Rusiya qoşunları son 24 saat ərzində Donetsk vilayətinin səkkiz bölgəsində, xüsusən də Toretsk və Çasov-Yarda irəliləməyi bacarıblar.
Rus ordusunun yuxarıda adıçəkilən bölgələrlə yanaşı, Yantarnı, Novovasilyevka, Yelizavetovka, Zeleni, Zverinı və Kotlinı yaxınlığında da irəliləməyə nail olduqları bildirilir.
Xortitsa Xüsusi Əməliyyat Komandanlığının nümayəndəsi Viktor Trequbov bəyan edib ki, ruslar Pokrovsk və Mirnoqrada hücum etməyə çalışmırlar, əksinə, əsasən bu şəhərlərin cənubunda yerləşən kiçik yaşayış məntəqələri vasitəsilə onlardan yan keçməyə çalışırlar. Trequbov qeyd edib ki, hazırda şəhərətrafı ərazilərdə döyüşlər gedir. O, rusların Ukrayna Müdafiə Qüvvələrinin mühasirəyə düşməmək üçün şəhərdən geri çəkiləcəyinə ümid etdiyini deyib, lakin hazırda belə bir təhlükənin olmadığını bildirib.
Ukrayna ordusunun ehtiyatda olan generalı Nikolay Malomuj qeyd edib ki, Vladimir Putin çox güman ki, Pokrovski mühasirəyə alma əməliyyatını Donald Trampın yanvarın 20-nə planlaşdırılan andiçmə mərasiminə qədər başa çatdırmağı planlaşdırır.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.37-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi şərhçi Rizvan Hüseynovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
13 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ