Onlayn ictimai-siyasi qəzet
“Başkəndin (Gədəbəydə) ərazi mübadiləsi əsasında Ermənistana verilməsi təklifi Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi və onların toxunulmazlığının təmin edilməsi prinsiplərinə ziddir”.
Musavat.com xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov bildirib. O əlavə edib ki, Başkəndin strateji əhəmiyyətinin olmaması fikri ya naşılıq əlamətidir, ya da qəsdən ortaya atılmış fikirdir:
“Başkəndin strateji qiyməti- yaxın kəndlərlə coğrafi əlaqə və əhalinin təhlükəsiz zonada yaşamasıdır. Bu, hərbi nöqteyi-nəzərdən taktiki üstünlüklər qazandırmağın işığında daha yaxşı görünməlidir. Bir sözlə, Başkənd həmin istiqamətdə Ermənistanla sərhəd nöqtələrə üstün nəzarət və mümkün risklər zamanı operativ müdaxilə qabiliyyətini artıran imkanlar verir.
Ümumilikdə isə Başkəndi Ermənistana az qala hədiyyə etmək təklifi Azərbaycanın qalibiyyət rejimindəki geosiyasi genişlənməsinə zidd açıqlamadır. Bu fikrin müdafiəsi müharibədə və ondan sonrakı dövrlərdə böyük taktiki və strateji aktivlərə yiyələnən Azərbaycanın qalibiyyətinə uyğun olmayan təslimçi bir mövqedir”.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ