İnsanlara hürriyət, millətlərə istiqlal!

Başından xəsarət almış 41 yaşlı kişi xəstəxanada öldü

Başından xəsarət almış 41 yaşlı kişi xəstəxanada ölüb.

Musavat.com Report-a istinadla xəbər verir ki, hadisə noyabrın 5-də Qax rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1981-ci il təvəllüdlü, epilepsiya xəstəsi olmuş K.Feyzullayevin halı pisləşərək yerə yıxılıb.

Kəllə-beyin travması alan 41 yaşlı şəxs Bakı şəhərində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Lakin K.Feyzullayev noyabrın 15-də orada vəfat edib.

Araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR