İnsanlara hürriyət, millətlərə istiqlal!

“Baş verənlərə region uğrunda Rusiya ilə ABŞ arasında gedən rəqabət prizmasından baxa bilərik”- AVP sədri

“Hər iki tərəfin kəşfiyyatı işləyir. Ona görə də son gərginlik ərəfəsində hər iki tərəfdən müəyyən anonslar verilirdi. Təbii ki, toqquşmanın təşəbbüskarı kimi Ermənistan çıxış etdi. Çünki hadisələr Azərbaycanın istədiyi ssenari üzrə gedirdi, ərazilər boşaldılırdı, sülh müqaviləsinə hazırlıq gedirdi”.

Bu fikirləri Azad Vətən Partiyasının sədri Akif Nağı Ermənistan-Azərbaycan sərhədində baş verən son toqquşmalar, düşmən ölkənin xain təxribatı barədə Musavat.com-a açıqlamasında bildirib.

A.Nağının sözlərinə görə, imzalanacağı gözlənilən sülh müqaviləsi də Azərbaycanın qələbəsini təsbit etməli idi:

“Deməli, hadislərin gedişi erməniləri qane etmədiyi üçün onlar təxribata əl atıblar. Amma Ermənistan əl atdığı təxribatın cavabında ciddi cəzalandırıldı. Başqa cür ola bilməzdi. Azərbaycan düşməni elə cəzalandırmalıdır ki, bir daha hansısa təxribat fikrinə düşməsin”.

AVP sədri hesab edir ki, baş verənlərə region uğrunda Rusiya ilə ABŞ arasında gedən rəqabət prizmasından da baxa bilərik:

“ABŞ regionda gərginlik yaratmaqla Minsk Qrupunu yenidən diriltməyə bir daha cəhd edə bilər. Bununla proseslərə təsir imkanlarını bərpa etmiş olardı. Rusiya isə bu təxribatla sülhməramlılara ciddi ehtiyac olduğunu qabarda bilərdi. Hər iki versiya mümkündür, böyük ehtimalla toqquşmaların baş verməsində hər iki amilin rolu oldu. Azərbaycan isə cavab tədbiri kimi bir az da irəliləyib, mövqelərini möhkəmləndirə bilər”.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR