Onlayn ictimai-siyasi qəzet
Baş Prokurorluq tərəfindən Sumqayıtda «Ekoloji təhlükəsizlik və yaşıl dünya» adlı işgüzar konfrans keçiriləcək
Bu barədə Musavat.com-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, aprelin 16-da Baş Prokurorluq tərəfindən Sumqayıtda ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə konfrans təşkil ediləcək.
Tədbir zamanı, həmçinin, dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında müzakirələr aparılacaq.
Toplantı çərçivəsində, Sumqayıt şəhər prokurorluğunda “Açıq qapı” günü təşkil ediləcək.
Xatırladaq ki, Baş Prokurorluq tərəfindən 10-dan çox regional konfranslar təşkil edilib.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ