Onlayn ictimai-siyasi qəzet
İsrailin hücumu nəticəsində İranın Baş Polis Qərargahı yaxınlığında bir neçə nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, İranın Daxili İşlər Nazirliyinin Baş Polis Qərargahı İsrailin son hava hücumları ilə bağlı açıqlama yayıb. Qurumun məlumatına görə, bir neçə saat öncə həyata keçirilən hücum nəticəsində qərargah binası hədəf alınmasa da, yaxınlıqdakı bir neçə inzibati tikiliyə ciddi ziyan dəyib.
Rəsmi açıqlamada bildirilir ki, hücum zamanı bir neçə əməkdaş yaralanıb və onlara dərhal tibbi yardım göstərilib.
“Təcavüzkar hücum nəticəsində həmkarlarımızdan bir neçəsi yaralanıb. Bu vəhşiliyə qarşı qətiyyətlə cavab veriləcək”, – deyə Baş Polis Qərargahı bəyan edib.
Musavat.com
19 Iyun 2025
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ