İnsanlara hürriyət, millətlərə istiqlal!

İran kanalında vətəndaşlara küçələrə çıxmaq və etiraz etmək çağırışı EDİLDİ

Musavat.com xəbər verir ki, İsrail kiber əməliyyat çərçivəsində İranın peyk siqnallarını sındıraraq dövlət televiziyasına müdaxilə edib.

Yerli media orqanlarının yaydığı məlumata görə, televiziya efirində rejimə qarşı çağırışlar əks olunub.

Ekranda yayımlanan mesajlardan biri belə olub: “Rejim İranın hava məkanını qoruya bilmədi”.

Müdaxilə zamanı ictimaiyyətə rejimə qarşı ayağa qalxmaq çağırışları edilib. 


Hadisəyə operativ şəkildə münasibət bildirən İranın Dövlət Teleradio Korporasiyası baş verənlərlə bağlı açıqlama yayıb. Bildirilib ki, efirdə yayımlanan kadrlar əsas mövzu ilə bağlı olmayıb və bu, texniki müdaxilə nəticəsində baş verib:

“Efir zamanı mövzudan kənar görüntülərin göstərilməsi siqnalın ələ keçirilməsi ilə bağlıdır. Yayıma kənardan müdaxilə olunub”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR