İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon rəhbəri: “İrana zərbə endirəcəyik və sonra nə olacağını da bilirik!”

ABŞ Müdafiə naziri Pit Hegset: “Bizim bütün mümkün hallar üçün planlarımız var”

Musavat.com xəbər verir ki, ABŞ Müdafiə naziri Pit Hegset Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı İranla bağlı mühüm açıqlama verib. Onun sözlərinə görə, ABŞ ordusu “hər bir ehtimala qarşı” hazırlıqlıdır – o cümlədən də İrana mümkün hərbi zərbədən sonrakı ssenarilər üçün.

Demokrat senator Elissa Slotkin müdafiə nazirindən açıq şəkildə soruşub:

“Siz zərbədən sonrakı gün üçün planlaşdırma tapşırığı vermisinizmi? Məsələn, qüvvələrin müdafiəsi, İranda quru qoşunlarının istifadəsi və ya bu addımın dəyərinin hesablanması üçün hər hansı plan varmı?”

Pentaqon rəhbəri bu suala belə cavab verib:

“Artıq dediyim kimi, bizdə bütün mümkün hallar üçün planlar var, senator.”

Hegset, CNN kanalının yaydığı məlumata görə, ABŞ-ın İrana zərbəsi məsələsində konkret detallara varmaqdan imtina edib və açıq forumda bu məsələlərə toxunmaq istəmədiyini bildirib.

Pentaqon rəhbəri bildirib ki, ABŞ Prezidenti Donald Tramp İran tərəfinə 60 günlük vaxt verdiyini, bu müddətdə razılaşma əldə olunmalı olduğunu dəfələrlə bildirib. Onun sözlərinə görə, İran rəhbərliyi prezidentin nə dediyini “dəqiq bilir”.

“Onların razılaşma üçün imkanı var idi və onlar bu imkandan istifadə etməliydilər. Prezident Trampın sözü nə deməkdirsə, İran bunu yaxşı bilir. Müdafiə Nazirliyində bizim vəzifəmiz isə hazır olmaq və müxtəlif variantlara malik olmaqdır. Hazırda da biz məhz bunu edirik”, – deyə nazir vurğulayıb.

Musavat.com xəbər verir ki, bu açıqlama ABŞ-ın İranla bağlı diplomatik və hərbi ritorikasının daha da sərtləşdiyindən xəbər verir. Qeyd edək ki, Tramp administrasiyası daha öncə İran tərəfinə “şərtsiz təslim olun” ultimatumunu vermişdi. Hazırda tərəflər arasında gərginlik yüksək səviyyədədir və müharibə ehtimalı qlobal narahatlığa səbəb olur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR