İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan məhkəməsi milyarder Karapetyanı 2 aylıq həbs etdi – vəkil qərardan narazıdır

Musavat.com xəbər verir ki, İrəvan məhkəməsi tanınmış rusiyalı erməni iş adamı Samvel Karapetyan barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib. Bu barədə onun vəkili yerli mediaya açıqlamasında məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmədə irəli sürülən əsaslandırmalar “tamamilə inandırıcı olmayıb” və müdafiə tərəfi bu qərardan narazıdır:

“Biz bu qərarı ədalətsiz hesab edirik və yaxın günlərdə apellyasiya instansiyasına müraciət edəcəyik”.

Samvel Karapetyanın məhkəməyə gətirilməsi və onun barəsində qəbul edilən qərar Ermənistanda ciddi ictimai-siyasi rezonans doğurub. Məhkəmə binası qarşısında toplaşan tərəfdarları və media nümayəndələri bu prosesi yaxından izləyirlər. Sosial şəbəkələrdə və bəzi siyasi dairələrdə Karapetyanın həbsi müxtəlif mülahizələrə səbəb olub – bəzi müşahidəçilər bu addımı Ermənistanın daxili siyasi mübarizəsi kontekstində qiymətləndirir.

Qeyd edək ki, Samvel Karapetyan “Tashir Group”un təsisçisidir və uzun illərdir ki, Rusiya ilə sıx biznes əlaqələrinə malik nüfuzlu şəxs hesab olunur. Onun Ermənistanın siyasi və iqtisadi dairələrində də geniş əlaqələri olduğu bildirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR