İnsanlara hürriyət, millətlərə istiqlal!

İran İsrailə bu raketi ilk dəfə ATDI

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehranın ilk dəfə olaraq orta mənzilli iki pilləli “Sajil” ballistik raketindən İsrailə qarşı müharibədə istifadə etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, SEPAH-ın açıqlamasını Tasnim xəbər agentliyi yayıb.

Qeyd olunur ki, İran İsrailə üç belə raket atıb.

SEPAH həmçinin əlavə edib ki, əvvəlki bir neçə əməliyyat zamanı İsrailin hava hücumundan müdafiə sistemini məhv etmək mümkün olub: “Əvvəlki dövrlərdə olduğu kimi, raket hücumları dəqiq və davamlı olacaq”.

"Sajil" iki pilləli ballistik raketdir və maksimum 2 min km uçuş məsafəsinə malikdir. İlk dəfə 2008-ci ildə sınaqdan keçirilib.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR