İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirin istefasına neçə səs bəs edər?

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyası qurumun lideri, baş nazir Boris Consona etimadsızlıq məsələsi qaldırıb. Səsverməni iyunun 6-sı axşam hakim partiyanın İcmalar Palatasındakı deputatları keçirəcək.

Parlamentin alt qanadı olan 650 yerlik İcmalar Palatasında Mühafizəkarlar Partiyasının 359 mandatı var. Etimadsızlıq üçün 180 səs gərəkdir.

Baş nazir 2020-2021-ci illərin koronavirus qapanmaları, sərt karantin rejimləri dövründə hökumət iqamətgahında keçirilən kütləvi şənlik mərasimlərinə qatılmaqda ittiham olunur.

Novator.az bildirir ki, Boris Conson 1964-cü ildə doğulub. İcmalar Palatasına ilk dəfə 2001-ci ildə seçilib. 2008-2016-cı illərdə Londonun meri, 2016-2018-ci illərdə Böyük Britaniyanın xarici işlər naziri olub.

2019-cu il iyulun 23-də Mühafizəkarlar Partiyasının lideri seçilib, iyulun 24-də baş nazirliyə başlayıb.

2019-cu il dekabrın 12-də keçirilmiş parlament seçkisini udan Mühafizəkarlar Partiyası yenidən hökumət qurub.

Hazırda ana müxalifət – Leyboristlər Partiyası İcmalar Palatasında 199 mandatla təmsil olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR