İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir Qarabağda məskunlaşdırılanların sayını AÇIQLADI

“44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan və yenidən qurulan ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin, 3932 nəfərin köçürülməsi təmin olunub”.

Musavat.com-un məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasındakı çıxışında söyləyib.

Hökumət başçısı bildirib ki, ilin sonunadək əlavə olaraq 215 ailənin köçürülməsi planlaşdırılır:

“Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə qayıdış prosesinin ilkin mərhələsinə start verilib, 2026-cı ilədək 34,500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulub”.

Baş nazir qeyd edib ki, Qarabağ iqtisadi rayonunun əraziləri - Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və bütövlükdə işğaldan azad olunmuş rayon və şəhərlərin yerli xərcləri üzrə büdcədə 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub. Ə.Əsədovun sözlərinə görə, hər il olduğu kimi gələn il də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin müdafiə potensialının və Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması əsas xərc istiqamətlərindən biri olacaq.

Baş nazir deyib ki, müdafiə və milli təhlükəsizlik xərcləri üçün 2024-cü ilin dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 6,4 milyard manatdan artıq vəsait nəzərdə tutulub:

“Bu da 2023-cü ilə nisbətən 366 milyon manat və ya 6 faiz çoxdur”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR