İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir: “Dünya heç vaxt fevraldan əvvəlki vəziyyətdə olmayacaq”

2023-cü ilin dövlət büdcəsi haqqında qanun layihələrinin müzakirəsindən və üçüncü oxunuşda qəbulundan sonra Baş nazir Əli Əsədov parlament tribunasından çıxış etdi. Hökumət başçısı əvvəlcə müzakirələr zamanı faydalı təkliflər irəli sürən deputatlara, həmçinin büdcə zərfinin hərtərəfli müzakirəsini təşkil etdiyinə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkür etdi. Baş nazir dedi ki, hamımız fəxrlə və qüruru hissi ilə iki il bundan əvvəl müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızı işğaldan azad etdiyini deyirik. Hökumət başçısı azad olunmuş ərazilərin yenidən qurulması ilə əlaqədar dövlət proqramının qəbul olunmasını mühüm hadisə olaraq dəyiərləndirdi.

Baş nazir bir sıra deputatların ərzaq və dərman qiymətlərindəki artımdan danışdığına reaksiya verdi. Bildirdi ki, qlobal məkanda yaşanan çətinliklər, dünya iqtisadiyyatını tənəzzüllə üz-üzə qoyub. Həmçinin Rusiya-Ukrayna müharibəsinin ortaya çıxartdığı çətinliklrədən bəhs etdi. “Bu aydındır ki, dünya heç vaxt fevraldan əvvəlki vəziyyətdə olmayacaq” - Baş nazir əlavə etdi.

Hökumət başçısı dedi ki, qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. Bildirdi ki, inflyasiya əsasən, ərzağın bahalaşması hesabına formalaşıb, bu da orta hesabla 60 faizdir.

Bununla yanaşı, Ə.Əsədov dedi ki, ərzaq məhsulları ilə bağlı heç bir çətinlik olmayıb və olamayacaq. “90 günlük mal ehtiyatları yaradılmışdır. Əsas məqsədimiz əhalini zəruri ərzaq məhsulları ilə fasiləsiz təmin etməkdir”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR