Onlayn ictimai-siyasi qəzet
"Barselona"nın futbolçusu "Qalatasaray"a keçə bilər.
Söhbət İnaki Penadan gedir.
Bu barədə "Sabah" nəşri məlumat yayıb. İspaniyalı qolkiper Kataloniya təmsilçisi ilə yeni müqavilə üçün razılıq əldə edə bilməyib. "Cim-Bom"un qarşıdakı günlərdə görüşəcəyi 26 yaşlı qapıçı keçmiş klubuna qayıtmağa pozitiv yanaşır.
Qeyd edək ki, Pena 2022-ci ildə icarə əsasında "Qalatasaray"da çıxış edib. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.//Offsideplus.az
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ