Onlayn ictimai-siyasi qəzet
Kataloniyanın "Barselona" klubu özünü Robert Levandovskinin agenti kimi təqdim edən fırıldaqçıya 1 milyon avro ödəyib.
BAKU.WS xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.
Hadisə 2022-ci ildə baş verib. Fırıldaqçı klubla oyunçu agenti Pini Zahavi adı ilə əlaqə saxlayıb. O, komissiya olaraq Kipr hesabına pul köçürməyi xahiş edib.
Kataloniya klubu pulu köçürüb, lakin bank şübhəli hesab edərək əməliyyatı bloklayıb. "Barselona" Zahavi ilə əlaqə saxlayıb və o, kataloniyalılardan ona pul göndərmələrini istəmədiyini bildirib. "Barselona" bankla əlaqə saxlayaraq transfer məbləğini qaytarıb.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ