Onlayn ictimai-siyasi qəzet
Fransanın xarici işlər naziri Jan-Noel Barro Suriyanın yeni liderinin Dəməşqdə Almaniyanın xarici işlər naziri Annalena Berboka avropalılara görə qeyri-etik görünən münasibətinə şərh verib.
Musavat.com xəbər verir ki, bu barədə o, RTL kanalına müsahibəsində danışıb.
“Mən Əhməd əl-Şaranın alman həmkarımla əl sıxmasını istərdimmi?-Əlbəttə ki, bəli. Lakin səfərimin məqsədi bu olubmu? - Xeyr”, - deyə fransız diplomat bildirib.
Barro Dəməşqə səfərinin məqsədinin Suriyada çoxlu sayda terror təşkilatının qalması və kimyəvi silahların yanlış əllərə keçməsi ilə bağlı təhlükələrlə əlaqədar olduğunu deyib.
Xatırladaq ki, Almaniyanın xarici işlər naziri Annalena Barbok yanvarın 3-də fransalı həmkarı Jan-Noel Barro ilə Suriyaya elan olunmamış səfərə gedib. Onlar Dəməşqdə yeni administrasiyanın rəhbəri Əhməd əl-Şara (daha çox Əbu Məhəmməd əl-Colani kimi tanınır) ilə danışıqlar aparıblar. Suriyanın yeni administrasiyasının nümayəndələri görüşdə Berbokun əlini sıxmayıblar.
Musavat.com
08 Yanvar 2025
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ