İnsanlara hürriyət, millətlərə istiqlal!

Baronessa Emma Nikolsondan Azərbaycanla bağlı VACİB AÇIQLAMA

"Mən COP29-un Azərbaycanda keçiriləcəyi üçün çox həyəcanlı və xoşbəxtəm. Bakı tez-tez, demək olar ki, ildə bir neçə dəfə nəhəng tədbirlərə ev sahibliyi edir. Bu səbəbdən, Azərbaycanın COP29-a da çox gözəl ev sahibliyi edəcəyini düşünürəm".

Musavat.com xəbər verir ki, bu sözləri, Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson AZƏRTAC-ın Londondakı xüsusi müxbirinə açıqlamasında deyib. Baronessa Nikolson bildirib ki, Azərbaycan xalis sıfır emissiya hədəfinə nail olmaq üçün çoxlu işlər görür.

"Azərbaycan çox gözəl ölkədir. O, həmçinin Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkədir. Başqa ölkələrin Azərbaycan haqqında bilmədiyi çoxlu faktlar var. Azərbaycan artıq iqlim dəyişikliyi ilə bağlı nailiyyətlərdə də ilk sıralardadır və bu sahədə BP ilə sıx əməkdaşlıq edir. COP29-un Azərbaycanda keçirilməsi çox həyəcanvericidir",- deyə o qeyd edib.

Aytən Abbaslı,
AZƏRTAC-ın xüsusi müxbiri
London

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR