Onlayn ictimai-siyasi qəzet
“Oktyabrın 2-də İrəvanda Respublika meydanında keçirilməsi planlaşdırılan mitinqdə müxalif siyasi qüvvələrin nümayəndələrini hakimiyyətin ələ keçirilməsi və konstitusiya quruluşunun zorakılıqla devrilməsi kimi çağırışlardan çəkinməyə çağırırıq”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu cümlə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatında yer alıb.
“MTX xəbərdarlıq edir ki, onlar əməliyyat vəziyyətinə nəzarət edirlər və struktura verilən bütün vasitələrdən istifadə edərək, Ermənistan Respublikasının daxili təhlükəsizliyinə xələl gətirməyə yönəlmiş hərəkətləri neytrallaşdırmağa qadirdir”, - deyə qurum mitinq iştirakçılarına xəbərdarlıq edib.
Xatırladaq ki, bu gün İrəvanda revanşist keşiş Baqratın rəhbərlik etdiyi hərəkat mitinq keçirir. Maraqlıdır ki, Ermənistan Təhlükəsizlik Xidməti əvvələr bu kimi tədbirlər öncəsi belə bəyanatlar yaymırdı.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ