Onlayn ictimai-siyasi qəzet
“Yalanın əvəzi həmişə acı olur. Köçəryan, Saakyan, Arutyunyan, Vardanyan və bütün bu cinayətkarlar 35 il yalan danışdılar. Çıxışları ilə Azərbaycanı ələ salıb, gənclərə yalandan inandırdılar ki, guya biz Qarabağ erməniləri soyuqqanlıyıq, bizdən yaxşısı yoxdur”.
Musavat.com xəbər verir ki, bu sözləri erməni bloger Roman Baqdasaryan deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev hərbçilərin yüksək səviyyədə təhsil almasını təmin etdiyi halda, Qarabağ klanı pulu şouya və yalan təbliğata yatırıb:
“Erməni siyasətçilər 35 ildir gənclərin psixikasını şikəst ediblər. Bir çox oğlanı narkomana çevirdilər. Araik onlara insanlara çərçivəyə salıb həbsxanaya atmağı öyrədirdi. Bütün bu mafia 35 ildir ki, cinayətə cəlb olunanların sayını artırır və bu zaman Əliyev təhsilə milyonlar xərcləyir, hərbçiləri dünyanın ən yaxşı institutlarına oxumağa göndərirdi. Azərbaycan təhsilə pul yatırıb, Qarabağ klanı isə pulu şouya və yalan təbliğata yatırıb”.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ