Onlayn ictimai-siyasi qəzet
Banqladeşdə hökumət işləri üçün kvota sisteminə qarşı tələbə etirazlarında ölənlərin sayı 39-a çatıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, polis dövlət televiziyasına, Təbii fəlakətlərin idarə olunması agentliyinə və müxtəlif digər hökumət binalarına dəyən ziyana istinad edərək bildirib ki, iğtişaşçılar yanğınlar törədib, vandallıq və dağıdıcı hərəkətlər ediblər.
Hərbi helikopterlərin paytaxt Dəkkədə patrul xidməti həyata keçirdiyi, küçələrə zirehli texnika yerləşdirildiyi bildirilir. Xəbər kanallarının yayımı dayandırılıb, mobil internet bağlanıb, digər ölkələrlə telekommunikasiya sistemi pozulub.
Ədliyyə naziri Anisul Haqu hökumətin etirazçılarla danışıqlara hazır olduğunu açıqlayıb. Qeyd olunur ki, etirazçılar hakimiyyətlə dialoqun mümkünlüyünü rədd etmirlər, lakin etirazların koordinatoru Nahid İslam “Röyter”ə bildirib ki, nümayişçilərə qarşı zorakılıq şəraitində danışıqlar aparıla bilməz.
Banqladeşdə bu ay, demək olar ki, hər gün keçirilən etirazlar kvota sisteminə son qoymağa çağırır. Bu kvota 1971-ci il azadlıq müharibəsi veteranlarının uşaqları da daxil olmaqla, müəyyən qruplar üçün dövlət qulluğu vəzifələrinin yarıdan çoxunu saxlayır. Tələbələr də işsizlik səviyyəsinin artmasına qarşıdırlar. 170 milyon əhalisi olan ölkədə 32 milyona yaxın gənc işsiz və ya təhsilsizdir.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ