İnsanlara hürriyət, millətlərə istiqlal!

Bank Melli İranın Bakı filialı fəaliyyətini tam bərpa etdi

İran Milli Bankının Bakıdakı filialı uzun fasilədən sonra yenidən fəaliyyətə başlayıb.

Musavat.com xəbər verir ki, filialdan verilən məlumata görə, aprelin 29-dan etibarən kreditlərin verilməsi və əmanətlərin qəbulu prosesinə start verilib.

Bu hadisə İran prezidenti Məsud Pezeşkianın Bakıya səfəri ilə eyni vaxta təsadüf edir. Mehr xəbər agentliyinin yaydığı məlumata görə, Pezeşkiyanın səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyev İran Milli Bankının Bakı filialının işinin bərpası ilə bağlı göstəriş verib.

Mənbələrin fikrincə, bu qərar iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı baxımından önəmli addımdır. Xüsusilə də Azərbaycanda fəaliyyət göstərən iranlı sahibkarlar üçün müsbət imkanlar açacaq. Ekspertlər hesab edirlər ki, bank filialının yenidən işə başlaması Pezeşkiyanın Bakıya səfərinin konkret iqtisadi nəticələrindən biridir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR