Onlayn ictimai-siyasi qəzet
Litva, Latviya və Estoniya, Gürcüstan hökumətinin Avropa inteqrasiyasından imtinası ilə əlaqədar baş verən kütləvi etirazlar fonunda rəsmi Tiflisə qarşı sanksiyalar tətbiq edəcəklər.
Musavat.com xarici agenltiklərə istinadən xıbır verir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsbergis məlumat verib.
"Üç Baltikyanı ölkə Gürcüstandakı qanuni etirazları zorakılıqla yatıranlara qarşı birgə sanksiya tətbiq etmək barədə razılığa gəldi. Demokratiya əleyhdarları və insan hüquqları pozucuları bizim ölkələrimizdə xoş qarşılanmır", - deyə Landsbergis sosial şəbəkədə bildirib.
Estoniya Xarici İşlər Nazirliyi sanksiyaların “Gürcüstan hökumətinin ali rəhbərliyinə” yönəldilməli olduğunu qeyd edib. Məhdudiyyətlər, o cümlədən, milyarder və ölkənin keçmiş baş naziri Bidzina İvanişvilini də əhatə edəcək. Nazirlik, həmçinin, Aİ ölkələri və ABŞ-ı "bizim nümunəmizi izləməyə" çağırıb.
Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas və AB-nin genişlənmə üzrə komissarı Marta Kos birgə bəyanatlarında Gürcüstan polisi tərəfindən etirazçılara qarşı zorakılığın tətbiqini pisləyib və Gürcüstan hakimiyyətinə qarşı tədbirlərin görüləcəyini bildiriblər. Kallasın sözlərinə görə, Aİ ölkələrinə Gürcüstandakı hadisələrə mümkün reaksiyalar, o cümlədən sanksiyalarla bağlı müxtəlif variantlar təqdim edilib.
Musavat.com
23 Yanvar 2025
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ