İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada məhkumluğu olan şəxslər kuryer işləyə bilməyəcək

Rusiyada məhkumluğu olan şəxslər kuryer işləyə bilməyəcək.

Dövlət Duması qanun layihəsi ilə müəyyən cinayətlərə görə məhkum olmuş şəxslərin qida məhsulları çatdırılması sahəsində işləməsinə qadağa qoymağı planlaşdırır.

Eyni zamanda, tibbi arayışı olmayanlar da kuryerlik edə bilməyəcək.

Aşağı palatanın spikeri Vyaçeslav Volodin bildirib ki, dəyişikliklər həmçinin çatdırılma xidmətlərinin keyfiyyətini yüksəltmək üçün nəzərdə tutulur. Qanun layihəsinin əsas məqsədi istehlakçıların təhlükəsizliyini təmin etmək və qida çatdırılmasında qanun pozuntularının qarşısını almaqdır./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR