İnsanlara hürriyət, millətlərə istiqlal!

Özəlləşdirmə çeklərinə görə kompensasiya veriləcək? - RƏSMİ CAVAB

Sosial şəbəkələrdə dövlət özəlləşdirmə çekləri ilə bağlı kompensasiya məsələsi gündəmə gətirilib. İddia olunur ki, vətəndaşlar əllərində olan vauçerlərə (dövlət özəlləşdirmə paylarına) görə pul ala bilərlər.

Musavat.com xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) Mətbuat.az-a bildirilib ki, həmin çeklərin yenidən pul predmetinə çevrilməsi ilə bağlı sosial şəbəkələrdə olan məlumatlar yanlışdır.

ƏMDX vətəndaşları dövlət özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı yayılan şayiələrə inanmamağa çağırıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 23.12.2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01.01.2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb. Bununla da dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirib və vətəndaşların həmin çeklərdən istifadə edərək hər hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR