İnsanlara hürriyət, millətlərə istiqlal!

Balıq tutmağa gedən 6 yaşlı uşaq yoxa çıxdı

Ağdaş rayonunda azyaşlı itkin düşüb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 241-ci kilometrliyi yaxınlığında baş verib. Həmin ərazidəki Ləki kanalına balıq tutmağa gedən 2018-ci il təvəllüdlü Adəm Musayev geri qayıtmayıb.

Yaxınları bildirib ki, Adəm günorta saatlarında itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis və digər aidiyyəti qurumların əməkdaşları azyaşlının tapılması istiqamətində axtarış aparır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR