Onlayn ictimai-siyasi qəzet
Fransız balerina Viktoriya Dobervil Antarktidada kruiz laynerinin burnunda rəqs edərək, sosial mediada viral olan görüntülər paylaşıb.
Musavat.com xəbər verir ki, o, bu möhtəşəm rəqsi ilə balet karyerasına vida etdiyini açıqlayıb.
Bir çox istifadəçi əvvəlcə görüntülərin süni intellekt (AI) vasitəsilə yaradıldığını düşünsə də, Ouest-France qəzeti bunun gerçək çəkiliş olduğunu təsdiqləyib. Rəqs yanvar ayının ortalarında, sərt iqlim şəraitində baş tutub.
Videonu Viktoriya Dobervilin həmkarı, rəqqas və fotoqraf Matye Forje lentə alıb. O, Antarktidanın amansız və sərt mənzərələri fonunda incə balet hərəkətlərinin inanılmaz kontrast yaratdığını bildirib.
“Bu kontrast sadəcə heyrətamiz idi. Bu sərt, kobud mənzərəyə baletin zərifliyini və incəliyini gətirmək unudulmaz an idi”, – deyə Forje vurğulayıb.
Balerina videonun öz sənət karyerasına yeni bir mərhələ kimi baxdığını və Antarktidanın həm sona, həm də yeni başlanğıca işarə etdiyini bildirib.
@@TVmusavat/110094@@
Musavat.com
23 Aprel 2025
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ