İnsanlara hürriyət, millətlərə istiqlal!

“BakuBus”dan sürücü və sərnişinin davası ilə bağlı AÇIQLAMA

Ötən gün axşam saatlarında Bakıda sərnişin avtobusunun sürücüsü ilə sərnişin arasında dava ilə bağlı araşdırma aparılır.

Bu barədə “BakuBus” MMC-nin Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib: 

“BakuBus” MMC-nin istismarında olan 30 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90-JY-759 dövlət qeydiyyat nişanlı avtobusda sürücü və sərnişin arasında baş verən insidentlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsasında dərhal daxili araşdırma aparılıb. Araşdırma zamanı videomüşahidə kameralarının görüntüləri əsasında müəyyən edilib ki, ictimai nəqliyyatdan istifadə qaydalarını kobud şəkildə pozaraq sərnişin orta qapıdan avtobusa daxil olmaq istəyərkən, nəqliyyat vasitəsini idarə edən sürücü İbrahimov Səxavət tərəfindən ona irad bildirilib və bu zəmində tərəflər arasında münaqişə yaranıb.

Baş vermiş hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinə məlumat verilib və hazırda aidiyyəti qurum tərəfindən araşdırma aparılır. İnsidentlə bağlı yekun rəy verildikdən sonra ictimaiyyətə əlavə məlumat təqdim ediləcək”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

05 Mart 2025

BÜTÜN XƏBƏRLƏR