İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya qəza enişi etmiş Sinqapur təyyarəsi təmirdən sonra geri qayıdıb

Sentyabrın 9-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi etmiş "Singapore Airlines" şirkətinin "Boeing 777" markalı sərnişin təyyarəsi təmirdən sonra ötən gün ölkəsinə geri qayıdıb.

Bu barədə Musavat.com-a hava limanından bildirilib.

Xatırladaq ki, Paris-Sinqapur reysi üzrə uçan təyyarənin mühərrikindən yağ sızması qeydə alındığına görə, uçuş heyəti Bakıya enməyə qərar vermişdi. Təyyarədə 229 sərnişin və 18 ekipaj üzvü olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR