Onlayn ictimai-siyasi qəzet
“Bakı şəhərində kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı layihələr artıq hazırlanıb və müvafiq qurumlara təqdim olunub”.
Musavat.com-un xəbərinə görə, bunu "Su şəbəkəsinə qoşulma" işçi qrupunun iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Etibar Məmmədov deyib.
Onun sözlərinə görə, bu məsələ birbaşa Cənab Prezidentin diqqətindədir:
"Yaxın zamanlarda bu layihələrin icrası, böyük tunellərin və kanalizasiya kollektorlarının inşası ilə bağlı dövlət proqramı qəbul olunacaq. Artıq bu istiqamətdə Prezidentin tapşırıqları verilib və yaxın gələcəkdə kanalizasiya sisteminə qoşulmada ciddi problemlər olmayacaq. Ümumiyyətlə, bəzi problemlər mövcuddur. Bu problemlər əsasən mərkəzləşmiş sistemin olmadığı yerlərdə yaranır. Belə ki, sahibkarlar üçün bu sistemə qoşulmaq mümkün olmur. Bu da təbiidir, çünki istehsalçılar bu gün sudan istifadə edirlər, lakin mərkəzləşmiş sistemə qoşula bilmirlər. Bunun əvəzinə, model tipli qurğulardan istifadə edərək hələlik öz bizneslərini inkişaf etdirə bilirlər. Bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən hər hansı bir dəstək, kömək və ya tövsiyə lazım olarsa, biz hər zaman hazırıq və bu məsələləri həll etməyə çalışırıq".
Afaq Mirayiq,
Musavat.com
31 Yanvar 2025
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ